Aparıcı Şəbnəmlə Vəfanı "topa tutdu": "Efirə sənət, keyfiyyət daşınar"


Şou-biznes 09 İyn 2021 18:30:00 187 0

Aparıcı Şəbnəmlə Vəfanı "topa tutdu": "Efirə sənət, keyfiyyət daşınar"

Aparıcı Şəhriyar Əbilov "Mtv Azərbaycan"a açılamasında müğənnilər - Şəbnəm Tovuzlu və Vəfa Şərifovaya irad bildirib.

Son.az sherq.az-a istinadən xəbər verir ki, o iki ifaçının uzun müddət davam edən qalmaqalından danışıb:

"Efirə sənət, keyfiyyət daşınar. Proqrama qalmaqallarla çıxacaqlar, bir müddət tanınacaqlar. Anti-piarı PR bilirlər. Lakin bu, onlara zərər verəcək. Mənfiliklərlə gündəmdə qalmaqdansa, sənətlə, keyfiyyətlə danışılmaq yaxşıdır. İş mübarizəsi aparsalar, sağlam rəqabət keyfiyyət gətirəcək. Onları dinləmirəm. Yaxşıların təbliğatını aparmağı xoşlayıram. Haqlarında danışıb, onları təbliğ etmək istəmirəm. Bu mübarizədə ikisinə də uğurlar arzulayıram".