Azad edilmiş ərazilərdə mikromaliyyə sahəsində layihələr planlaşdırılır
Digərləri 09 İyn 2021 15:10:00 162 0
Azərbaycanın azad edilmiş ərazilərində mikromaliyyə sahəsində layihələrin reallaşdırılması planlaşdırılır.
Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib
Onun sözlərinə görə, ölkədə mikromüəssisələrin inkişafına yönəlmiş bir neçə layihənin konsepsiyası üzərində işlər aparılır:
"Ölkədə mikromaliyyələşdirmənin inkişafı istiqamətində üzv təşkilatlarımızın fəaliyyətinin təşviqi planlaşdırılır. Bundan başqa, Azərbaycanda maliyyə inklüzivliyinin yüksəldilməsi məqsədilə AMFA üzvləri üçün yeni xidmətlərin hazırlanması üzərində işləyir".
Mənbə: milli.az