Azərbaycanda yeni növ tərəvəz sortları təqdim edilib


Digərləri 09 İyn 2021 13:54:00 154 0

Azərbaycanda yeni növ tərəvəz sortları təqdim edilib

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni növ tərəvəz sortlarını təqdim edib.

Burada tərəvəzləri müxtəlif rənglərdə görmək mümkündür. Mütəmadi olaraq yeni növlərin  yaradılması üzərində institutun alimləri tərəfindən işlər aparılır.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, institutun rəhbəri Elmar Allahverdiyevin sözlərinə görə, dörd növ məhsul üzrə müxtəlif sayda yeni sort təqdim. Bu isə institut tarixində bir ilkdir.

Təqdim olunmuş tərəvəz və kartof sortlarını ancaq təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqləndirmək mümkündür. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: