MiQ29 qırıcı təyyarəsi Qara dənizdə qəzaya uğrayıb


Dünya 09 İyn 2021 14:34:00 151 0

MiQ29 qırıcı təyyarəsi Qara dənizdə qəzaya uğrayıb

Bolqarıstana məxsus MiQ-29 qırıcı təyyarəsi "Şabla-2021" hərbi təlimləri zamanı Qara dənizdə qəzaya uğrayıb.

Son.az xəbər verir ki, bu barədə Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) kontr-admiralı Kiril Mixailov məlumat verib.

O, pilotun katapult etdiyinə ümid etdiyini bildirib.

Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, MiQ-29 qırıcı təyyarəsi ölkənin sahil suları üzərində təlim tapşırığını yerinə yetirərkən HHQ ilə rabitəsi kəsilib və saat 00:45-də radardan itib. Bildirilib ki, hadisədən dərhal sonra başladılan axtarış və xilasetmə işləri hələ də davam etdirilir.