Əfqanıstanda terror:


Dünya 09 İyn 2021 09:10:00 171 0

Əfqanıstanda terror:

Əfqanıstanda naməlum silahlılar Böyük Britaniya və ABŞ-ın minaların və partlamamış sursatların zərərsizləşdirməsi istiqamətində fəaliyyət göstərən "HALO Trust" qeyri-kommersiya təşkilatının əməkdaşlarına hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində təşkilatın azı 10 əməkdaşı öldürülüb, 14-ü isə yaralanıb.

Əfqanıstanın "1TV" telekanalının məlumatına əsasən, insident ölkənin Bağlan əyalətində baş verib.

Əfqanıstan rəsmiləri hücumun Taliban hərəkatı tərəfindən həyata keçirildiyini hesab edirlər.