Həftəlik yoluxma halları 15 faizədək azalıb


Dünya 09 İyn 2021 09:05:00 160 0

Həftəlik yoluxma halları 15 faizədək azalıb

Ötən həftə ərzində koronavirusa 3 milyondan artıq yoluxma halı, 73 mindən artıq isə ölüm halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə 8 faiz azalıb:

"Koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ötən həftə ərzində ümumilikdə 3 milyondan artıq yoluxma, 73 mindən artıq isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə müvafiq olaraq 15 və 8 faiz daha azdır".