“Samsung Galaxy Z Fold3” smartfonlarının kütləvi istehsalına başlanılıb


Digərləri 08 İyn 2021 22:15:00 185 0

“Samsung Galaxy Z Fold3” smartfonlarının kütləvi istehsalına başlanılıb

"Samsung" şirkəti qatlanan ekranlı gələcək "Galaxy Z Fold3" smartfonunun kütləvi istehsalına başlayıb. Bu barədə Almaniyanın "WinFuture" nəşri məlumat yayıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreyanın elektronika istehsalçısı artıq yeni qabaqcıl model üçün lazım olan bütün əsas komponentləri satın alıb. Bu isə qurğunun yaxın vaxtlarda təqdim ediləcəyindən xəbər verir. "Samsung" tərəfindən iyulda iki yeni "Galaxy Z Fold3" və "Galaxy Z Flip3" smartfonunun nümayiş olunacağı gözlənilir. Blogerlərin sözlərinə görə, "Galaxy Z Flip3" smartfonunun istehsalına hələ başlanılmayıb.

Nəşr, həmçinin qeyd edir ki, şirkət çoxsaylı defektli məhsulların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür və əvvəlcə məhdud sayda qurğu istehsal edəcək.

"Galaxy Z Fold3" smartfonu 120 giqahers yeniləmə tezlikli, "S Pen" və ekran altında 16 meqapikselli ön kamera dəstəkli 7,55 düym diaqonallı bükülən "AMOLED" ekranla təchiz ediləcək.