Təhsillə bağlı vacib qərarlar veriləcək


Digərləri 08 İyn 2021 13:11:00 195 0

Təhsillə bağlı vacib qərarlar veriləcək

Elm və təhsil xərcləri hökumətin prioritetlərindən biridir. İldən-ilə təhsil sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi artırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu yaxınlarda da təhsil sahəsi ilə bağlı bir çox vacib qərarların qəbul edilməsi nəzərdə tutulur.