Rusiyada miqrantlar üçün qaydalar çətinləşdirilib


Dünya 08 İyn 2021 08:53:00 154 0

Rusiyada miqrantlar üçün qaydalar çətinləşdirilib

Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə minib.

Son.az oxu.az-a istinadən bildirir ki, rus dili, Rusiya tarixi və qanunları barədə məlumat sertifikatı (icbari imtahandan keçdikdən sonra veriləcək) 3 il müddətində qüvvədə olacaq.

Rusiyada yaşamaq icazəsi almaq istəyənlər üçün sertifikat müddətsizdir, lakin yaşayış icazəsi ləğv edilərsə, sertifikat da ləğv ediləcək.

Rus dili imtahanı zamanı əmək miqrantları polisə, poliklinikaya rus dilində müraciət etmək və iş görüşməsindən müvəffəqiyyətlə keçmək (həm şifahi, həm də yazılı) qabiliyyətini təsdiqləməlidirlər.

Bundan başqa, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi almaq istəyənlər üçün rus dili imtahanının tələbləri çətinləşdirilib.

Rusiya qanunvericiliyi ilə bağlı imtahanda əcnəbilər əsas hüquq və vəzifələrini, miqrasiya qanununun qaydalarının və pozuntuların nəticələrini (xəbərdarlıq, cəza və ya deportasiya) bildiklərini təsdiqləməlidirlər.

Miqrantlar həmçinin yaşamaq izni almaq üçün Rusiyanın konstitusiya sisteminin əsasları, əmək, mülki və ailə qanunvericiliyinin əsas prinsipləri barədə məlumatlı olduğunu göstərməlidirlər.