Uşaqlar niyə dırnaq yeyir?


Digərləri 08 İyn 2021 08:35:00 176 0

Uşaqlar niyə dırnaq yeyir?

Dırnaq yemə inadkar problemdir və müalicəsi çətindir.

Səbəbi daha çox narahatlıq, stress, ailə daxilində gərginlik, valideyn davranışları, uşağın böyümə tərzi ilə əlaqədardır.

İmmunitet.az xəbər verir ki, psixiatr Nurəddin Kargı, bu zaman valideynlərin ən çox etdiyi səhvin uşağa hirslənmək olduğunu qeyd edib:

"Uşağa əsəbləşən zaman o, bu hərəkəti etməyə davam edir. Hətta daha çox inadkar davranaraq təkrarlayacaq. Bu səbəbdən övladlarınız dırnaq yediyi zaman "dırnağını yemə" deyə hirslənməyin".

Dırnaq yemə vərdişində ailə faktoru çox mühüm rol oynayır. Mütəxəssis, bunun adətən uşaq yaşlarında meydana çıxdığını bildirib.

Bəs dırnaq yeyən uşağın əsas problemləri nə ola bilər?