Günün qoroskopu: Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin


Digərləri 08 İyn 2021 00:01:00 225 0

Günün qoroskopu: Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hisslərin və emosiyaların əsiri olmayın. Yaşam arealınızı müdaxilələrlə kənar təsirlərdən qoruyun. Bu gün öz kiçik dünyanıza sığının. Kimsəyə imkan verməyin ki, işlərinizə mane olsun, yolunuzda sədlər yaratsın. Önəm verdiyiniz dəyərləri var gücünüzlə qoruyun.

Günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azaltmaq, yaxınlarınızın istəkləri ilə maraqlanmaq olar. Alış-veriş üçün münasib zamandır. Ailə üzvlərini dinləyin, onlara maddi və mənəvi dəstək olun.

Axşam saatlarında qonaq dəvət etmək və ya valideynlərlə təmasda olmaq olar.

Buğa - yaşamınızda nə isə dəyişməyə başlayın. Hisslərinizi bölüşməyə tələsməyin. Yanınızdakı insanın uğurlarınıza olan münasibətini yəqin etməmiş planlarınızı onunla bölüşməyin.

İşgüzar tərəfdaş və ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir.

Ümumi maraqlar və problemlər sizi birləşdirə bilər.

Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.

Mühüm xəbərlər alacaqsınız.

Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq.

Axşam saatlarında səhhətinizə fikir verin.

Əkizlər - yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin təsiri altında transformasiyaya uğrayır. Təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.

Yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin.

Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.

Xərçəng - yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın. Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları motivasiyaları çözün.

Enerjinin yığıldığı, amma onun nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problemlər yarana bilər. Düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.

Günün ikinci yarısında günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.

Axşam saatlarında mühüm heç nə planlaşdırmayın.

Şir - emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.

Təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin.

Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun. Tərəfdaşlarla birgə fəaliyyət sahəsində müəyyən dəyişikliklər ola bilər. Alış-verişdə ailə üzvləri ilə fikir ayrılığı yaşanacaq.

Axşam saatlarında səhhətinizdə problemlərin yaranmaması üçün istirahət edin.  

Qız - çalışıdğınız insanlardan birinin sirrini açmaq, onun ikibaşlını oyununu, məkrli planını faş etmək gərəkdlir. Mübhəm məqamları üzə çıxarmağa, hadisələrin inkişaf xəttini təxminləməyə çalışın. Münasibətləri aydınlaşdırmaq üçün şansdan yararlanın.

Etibar etdiyiniz, yaxşı tanıdığınız insanlarla işləyin. Qarşılıqlı anlaşma və ümumi maraqlar əsas şərtdir.

Günün ikinci yarısındakı olayların şərtləri müəyyən nəticəyə gəlməyə imkan verir. Çətinlikləri dəf edərək maraqlarınızın tam təminatına nail ola bilərsiniz. Nüfuzlu insanın dəstəyindən yararlanın. Amma illüziyalara qapılmayın.