3 min illik yaşı olan dondurma haqqında bilmədiklərimiz Gündüz yemək olmaz!


Digərləri 07 İyn 2021 22:44:00 181 0

3 min illik yaşı olan dondurma haqqında bilmədiklərimiz  Gündüz yemək olmaz!

Dondurma saat 22:00-dan sonra yeyilməlidir.

Son.az xəbər verir ki, dondurma haqqında danışan türkiyəli həkim Fevzi Özgönül onun vitamin və minerallarla zəngin olduğunu bildirib:

"Dondurma ilk dəfə 3000 il öncə çinlilər tərəfindən hazırlanmışdır. 1777-ci ildə ABŞ-a sıçrayan dondurma istehsalı 19-cu əsrin ortalarına qədər sadəcə evlərə çatdırılan qida olmuşdur.

2000-ci illərin ikinci yarısından isə dondurma istehsalı sənayeləşməyə başladı.

Dondurma bir sıra vitamin və minerallarla zəngindir. A, B, C, D və E qrupu vitaminlər, kalsium, fosfor, maqnezium, sodium, potasium, dəmir və sink kimi minerallar orqanizmimiz üçün çox önəmlidir.

Hamımız gündüz yeyib, çəki almarıq, deyə düşünürük. Amma bu yanlış fikirdir. Dondurma yemək istəyirsinizsə, əsla gündüz yeməyin. İçərisindəki şəkərin zərərli olmaması üçün, yeyilən vaxt axşam saat 22:00-dan sonradır". /medicina.az