Yayda gün yanıqları zamanı nə etməli? Ən effektiv üsullar


Digərləri 07 İyn 2021 21:41:00 162 0

Yayda gün yanıqları zamanı nə etməli?  Ən effektiv üsullar

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".

Son.az bildirir ki, çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun. Bunun bir neçə sadə qaydası var:

- yalnız səhər və axşam saatlarında qaralın

- 11.00-17.00 radələrində açıq günün altında olmayın

- dərinizi günə öyrəşdirin - açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)

- dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, tentin altında dincəlin

- eynək, baş örtüyü mütləqdir.