"Fərda ilə Müşviq dalaşıb"


Şou-biznes 07 İyn 2021 20:12:00 189 0

"Fərda ilə Müşviq dalaşıb"

Aktyorlar Fərda Xudaverdiyevlə Müşviq Şahverdiyev küsülüdür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyor Elməddin Cəfərov "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, Fərda ilə Müşviq arasında soyuqluq var:

"Hamı elə bilir ki, mənlə Fərda danışmırıq. Amma yox, Fərdanın oğlunun kirvəsiyəm. Fərda ilə Müşviq danışmır. Onlar "Tam sərbəst" adlı veriliş açdılar, sonla dalaşdılar. Arada yenə dostlaşdılar, amma indi münasibətləri soyuqdur. Məclisdə görəndə "salam" verirlər. Amma bir yerdə işləmək istəmirlər".

Qeyd edək ki, Fərda ilə Müşviq sonuncu dəfə "Niyə" filmində birlikdə çəkiliblər.