Emin Ağalarov İsmayıllıda belə dincəlir


Şou-biznes 07 İyn 2021 13:49:00 165 0

Emin Ağalarov İsmayıllıda belə dincəlir

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.

Son.az "bizim.media"ya istinadən xəbər verir ki, sənətçi "Instagram" hesabında yeni video yayımlayıb. Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıya üz tutan Ağalarov orada çəkdiyi yeni görüntüləri izləyiciləri ilə bölüşüb. İfaçı "Əhval-ruhiyəm çox yaxşıdır. Biz hazırda İsmayıllıdayıq. Bura çox gözəldir" deyərək təbiətin gözəlliyindən danışıb. Eminin "Hər şeyi çox yaxında öyrənəcəksiniz" başlığı ilə paylaşdığı görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib. Onun videosuna qısa müddətdə 234 mindən çox baxış olub, minlərlə şərh yazılıb.