Şəhid Taleh Abdullayevin doğum günü idi


Digərləri 07 İyn 2021 13:14:00 138 0

Şəhid Taleh Abdullayevin doğum günü idi

Taleh Abdullayev 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bötüvlüyü uğrunda döyüşən hərbçilərimizdəndir. 

Abdullayev Taleh Məhərrəm oğlu 6 iyun 1993-cü ildə Gəncə şəhərində doğulub. O, Gəncədəki şəhər 25 nömrəli tam orta məktəbi bitirib.

Son.az realtv-yə istinadən xəbər verir ki, 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılaraq. Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzində xidmət edib. 27 sentyabr 2020-ci il tarixdə yenidən hərbi xidmətə çağrılıb. Taleh Abdullayev Tərtər rayonunun Suqovuşan kəndi, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olub, Gəncə şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Abdullayev Taleh Məhərrəm oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Taleh Abdullayev ailəli idi. 2 övladı yadigar qalıb.