Tikinti materialları bahalaşır


Digərləri 07 İyn 2021 12:09:00 251 0

Tikinti materialları bahalaşır

Son 2- 3 ayda tikinti materialları bazarında bahalaşma müşahidə edilməkdədir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, tikinti materialları bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib.

Satıcıların sözlərinə görə, qiymətlərin artması alıcı kütləsinə də təsir edib.

Qiymətlərin bahalaşması alıcıların da ürəyincə  deyil.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə hesab edir ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Pandemiya səbəbilə zərərçəkmiş sahibkarlar vəziyyətdən çıxmaq üçün materialları maya dəyərindən artıq qiymətə satırlar. Həmçinin bunu mövsümlə də əlaqələndirmək olar.

Ekspert onu da qeyd edib ki, tikinti materiallarının qiymətinin bahalaşması mənzillərin qiymətinə də təsir göstərəcək.