KrasnoyarskBakı marşrutu ilə yeni reyslər açılır


Digərləri 07 İyn 2021 10:39:00 140 0

KrasnoyarskBakı marşrutu ilə yeni reyslər açılır

Rusiyanın S7 aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu ilə yeni reyslər həyata keçirəcək.

Trend bu barədə Krasnoyarsk hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.

Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri baş tutacaq.

Reyslər iyunun 23-dən etibarən başlayacaq.

Bundan başqa, Krasnoyarskdan Bakıya "Uralskie avialinii" şirkətinin reysləri də həyata keçiriləcək. Bu şirkətin uçuşları şənbə günləri baş tutacaq.