Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başladı


Dünya 07 İyn 2021 10:29:00 152 0

Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başladı

Ermənistanda erkən parlament seçkilərinin seçkiqabağı təşviqatı dövrü rəsmən başlayıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təşviqat dövrü iyunun 18-dək davam edəcək, iyunun 19-u isə "sükut günü" olacaq. Seçkilər isə iyunun 20-də keçiriləcək.

Seçkilərdə iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib.

Mütəxəssislərə görə, "Mülki Müqavilə" partiyası (lideri - Nikol Paşinyan), "Hayastan" bloku (Robert Koçaryan), "Şərəfim var" bloku ( Artur Vanetsyan) və "Çiçəklənən Ermənistan" partiyasının (Qaqik Tsarukyan), həmçinin "Maariflənmiş Ermənistan" (Edmon Marukyan) və "Erməni Milli Konqresi"nin (Levon Ter-Petrosyan) parlamentə daxil olmaq şansı var.

Dövlət televiziyasında təşviqat kampaniyası üçün partiyalara və bloklara ödənişsiz 30 dəqiqə, ödənişli 60 dəqiqə, dövlət radiosunda isə ödənişsiz 60 dəqiqə, ödənişli 90 dəqiqə vaxt ayrılacaq.