Yeni doğulan körpənizdə bu əlamətlər varsa... Topuq testi etdirin


Digərləri 06 İyn 2021 22:49:00 224 0

Yeni doğulan körpənizdə bu əlamətlər varsa...  Topuq testi etdirin

Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır.

Son.az xəbər verir ki, yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir.

"Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir. Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən "topuq testi" adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir".

Mütəxəssis yeni doğulmuşlarda hipotiroidin hansı əlamətlərlə müşahidə edildiyini açıqlayıb:

- İri çəki ilə doğulma - Uzanmış sarılıq - Arxa əmgəyin böyük olması və gec bağlanması - Böyük dil - Qəbizlik - Kobud səsli ağlama - Dəri quruluğu - Hipotermi (bədən hərarətinin aşağı olması) - Əmmədə çətinlik - Nevroloji inkişaf geriliyi və s.