Dəhşətli ağrıların bir səbəbi Boyun miqreni necə yaranır?


Digərləri 06 İyn 2021 22:07:00 235 0

Dəhşətli ağrıların bir səbəbi  Boyun miqreni necə yaranır?

Onurğanın boyun hissəsinin ətrafında yerləşən sinirlərin sıxılması ilə meydana çıxan xəstəlik Barre Leu sindromu adlanır.

Son.az xəbər verir ki, bu patologiya ilk dəfə keçən əsrdə aşkarlanıb və "boyun miqreni" adlandırılıb. Səbəbi isə ağrının miqren ağrısı kimi birtərəfli olmasıdır. Boyun miqreni 1, 2 və 3-cü boyun fəqərələrinin zədələnməsi nəticəsində onurğa beyninin onurğa arteriyalarını sıxması nəticəsində inkişaf edir. Bu zaman arteriya damarlar sıxıldığına görə, boyun hissənin qan təhcizatı pozulur.

Boyun miqrenininin səbəbləri:

1.Boyun fəqərələrinin osteaxandrozu, yəni boyun fəqərələri arasında yerləşən qığırdaq toxumasının zədələnməsi.

2.Anadangəlmə boyun patologiyası.

3.Boyun fəqərələrinin zədələnməsi.

4.Boyun fəqərəsi arteriyalarının aterosklerozu.

5.Əzələ spazmı.

6.Boyun limfa düyünlərinin iltihabı.