Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın Tanınmış həkimdən qadağalar


Digərləri 06 İyn 2021 21:20:00 202 0

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın  Tanınmış həkimdən qadağalar

"Yemək süfrəsində zülal, karbohidrat və yağlar səhər, axşam, günorta yeməklərində mütləq olmalıdır. Şərt deyil ki, bir yemək zamanı hamısı olsun. Gün ərzində bunları bölüşdürüb yemək olar.

Əsas da yağlara diqqət yetirməliyik. Bizim qidalanmamız elədir ki, daim zülal və karbohidrat qəbul edirik.

Bu zaman karbohidratlar yağlara çevrilir.

Ən ciddi çatışmazlıq zülaldır. Çünki nə karbohidrat, nə yağ zülala çevrilmir, amma zülal hər bir şeyə çevrilir.

Gündəlik 500 qram karbohidrat, 100-150 qram zülal, 70 qram yağ olmalıdır"

Son.az xəbər verir ki, tanınmış həkim, naturopat Füzuli Hüseynov bəzi ərzaqların birlikdə qəbulu zamanı baş verən problemlərdən danışıb.

Hansı ərzaqları, qidaları birlikdə yemək olmaz?

Məsələn, qızardılmış toyuq, ət və balıq məclislərdə, toyda birlikdə yemək olmaz. Adətən bunlar süfrəyə çox zaman eyni düzülür.Amma bir dəfədə yalnız bir cür ət yeyilməlidir.

Balıq yeməyi yanında heç bir əlavə qarnir, pure, kartof lazım deyil, balığı tək yeyin.