Maşın bazarında yanğın: 20yə yaxın avtomobil külə dönüb Gürcüstanda FOTO


Dünya 06 İyn 2021 17:07:00 154 0

Maşın bazarında yanğın: 20yə yaxın avtomobil külə dönüb  Gürcüstanda  FOTO

Gürcüstanın Rustavi şəhərindəki maşın bazarında yerləşən kafedə yanğın baş verib. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib.

Yaxınlıqdakı avtomobillərə sıçrayan yanğın bir neçə maşını yararsız hala salıb. Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.