“Sinovac” peyvəndi uşaqlara da vurulacaq


Dünya 06 İyn 2021 13:32:00 180 0

“Sinovac” peyvəndi uşaqlara da vurulacaq

Çinin əczaçılıq şirkəti "Sinovac Biotech"in prezidenti Veydonq Yin "Sinovac" peyvəndinin 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqləndiyini açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat verib.

Veydonq Yin "Sinovac"ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.

I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.