Burkina Fasoda silahlı hücum qurbanlarının sayı 138ə çatıb


Dünya 06 İyn 2021 08:17:00 192 0

Burkina Fasoda silahlı hücum qurbanlarının sayı 138ə çatıb

Silahlıların Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə hücumu nəticəsində ölənlərin sayı 138 nəfər çatıb. Daha əvvəl 100 nəfərin hücumun qurbanı olduğu barədə məlumat verilib.

Trend TASS-a istinadən xəbər verir ki, ölənlər arasında ən azı yeddi uşaq var.

Burkina Faso hökuməti üç günlük milli matəm elan edib.