Hüseyniyyə nədir?


Digərləri 05 İyn 2021 21:10:00 331 0

Hüseyniyyə nədir?

Hüseyniyyə - dini təyinatlı məkan deməkdir. Adından da göründüyü kimi, hüseyniyyə İmam Hüseynlə bağlı bi məkandır. Dini tarixi ənənəyə görə, insanlar məhərrəmlikdə təziyə məclislərini keçirmək üçün bir yer ayırırlar.

Hüseyniyyələri ya imkanlı bir adam xeyriyyə məqsədilə təkbaşına tikdirə, ya da bir neçə adam yardımlaşıb tikə bilər. Məhərrəmlik mövsümü zamanı İmam Hüseyn üçün matəm məclisləri hüseyniyyələrdə keçirilir. Bəzən hüseyniyyə müəyyən bir məscidin icması tərəfindən tikilir və həmin məscidin nəzdində fəaliyyət göstərir.

Hüseyniyyənin işi yalnız məhərrəm məclislərinin keçirilməsi ilə məhdudlaşmır, orada dini məzmunlu başqa tədbirlər (müqəddəs şəxslərin mövlud və şəhadət günləri, bayram məclisləri) keçirmək, dini dərslər təşkil etmək də olar.