Yevlaxda ağır qəza, ölən və xəsarət alanlar var


Digərləri 05 İyn 2021 16:06:00 145 0

Yevlaxda ağır qəza, ölən və xəsarət alanlar var

Yevlaxda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Yevlax avtovağzalı yaxınlığındakı yol dairəsində qeydə alınıb. "VAZ 21015" markalı minik maşını "Mercedes-Vita" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.