"Başqa ölkələrdənsə, özümüzünkülərə qazandıraq"


Şou-biznes 02 İyn 2021 19:48:00 133 0

"Başqa ölkələrdənsə, özümüzünkülərə qazandıraq"

"Bizdə klip keyfiyyəti zəifdir" şikayətinə son qoymağın vaxtı çoxdan gəlib. Tezliklə "Yol açıqdır" layihəmi təqdim edəcəm və bu işimizlə çox şeyi göstərəcəyik".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva yeni klipi haqda deyib. Müğənni Azərbaycanda kliplərin keyfiyyətsiz olmasından bəhs edib:

"Azərbaycanda aktual, trend kliplər çəkilə bilər. Öz qrafik dizaynerlərimiz, proqramistlərimiz, rəssamlarımız var. Öz çəkiliş pavilyonlarımızda müxtəlif şərait yaratmaq olar. Rəqəmsal və digər tərzdə işləyən bacarıqlı, peşəkar rejissorlar, klipmeykerlər, operatorlar, montajorlar var. Layihəni reallaşdıran, təşkilatçılığı, peşəkarlığı olan prodüzerlərimiz fəaliyyət göstərir. Demək, başqa ölkələrin bazarına "qazanc və töhvələr" yerinə, özümüzünkülərə qazandıraq".