Kamerada 40a yaxın azərbaycanlı vardı, işgəncələrə dözməyənlər intihar etdi


Digərləri 02 İyn 2021 13:00:00 134 0

Kamerada 40a yaxın azərbaycanlı vardı, işgəncələrə dözməyənlər intihar etdi

1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunan zaman yaralı halda ermənilərə əsir düşmüşəm.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında erməni əsirliyində işgəncələrə məruz qalan zərərçəkmiş Həbib Kazımov deyib.

O bildirib ki, 1 il 9 ay erməni əsirliyində olub:

"Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə məni döyüblər. Əzab veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Yoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik Yoxa ləqəbi daşıyırdı. O burada deyir ki, azərbaycan dilini bilmir. Lakin orada bizlə o, danışırdı. Bizi azərbaycan dilində belə təhqir edirdi".

Zərərçəkən deyib ki, o əsirlikdə saxlanan kamerada daha 40 yaxın azərbaycanlı olub:

"Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər. Üzləşmə zamanı da məni tanıdılar".


Xəbərə aid video