Fransa Bakı və Yerevan arasında dialoqun inkişafı üçün əlindən gələni etməyə hazırdır Makron


Dünya 01 İyn 2021 20:06:00 114 0

Fransa Bakı və Yerevan arasında dialoqun inkişafı üçün əlindən gələni etməyə hazırdır  Makron

Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına kömək edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla görüşü zamanı bildirib.

O deyib ki, Fransa ATƏT Minsk qrupunun həmsədri qismində Rusiya və ABŞ-la birgə tərəflər arasında birbaşa dialoqun bərpa olunması üçün hər şeyi etməyə hazırdır.

E.Makron vurğulayıb ki, sərhədyanı insidentlərlə əlaqədar delimitasiya prosesi sırf danışıqlar yolu ilə və güc tətbiq olunmadan aparılmalıdır.