Xocavənddə silahsursat aşkarlanıb


Digərləri 01 İyn 2021 14:38:00 189 0

Xocavənddə silahsursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.