Erməni şərhçi Azərbaycan mediasına nələr danışdı…


Digərləri 31 May 2021 19:42:00 152 0

Erməni şərhçi Azərbaycan mediasına nələr danışdı…

Son.az Ermənistanın tanınmış hüquq müdafiəçisi Georgi Vanyanın axar.az-a müsahibəsini təqdim edir:

- Müharibədən sonra bir sıra ekspertlər Ermənistandakı situasiyanı xaotik adlandırırlar. Siz ölkənizdəki situasiyanı necə dəyərləndirərdiniz?

- Əgər siyasi situasiyanı erməni KİV-lərində gedən informasiyalar əsasında müəyyənləşdirsək, o zaman biz sərxoşluqdan sonrakı vəziyyətlə ("paxmel") müqayisə ediləcək xaotik vəziyyətdəyik. Köhnə millətçi sağlıqlar səsləndirən, həmçinin erməni Armagedonunun təsvirini üzərinə götürən insanlar var. Ortada isə yeni situasiyaya uyğunlaşmaq istəyən və burada öz yerini tapmağa çalışan daha ağıllı xadimlər qərarlaşıblar. Təəssüf ki, bizim vətəndaşlarımız - kiçik və orta biznes, onların işçiləri, qərarların qəbuluna cəlb edilməyən kəndçilər və onlarla birlikdə aşağı təbəqədən olan dövlət işçiləri - hansıların ki, çiyinlərində Ermənistan dayanır - onlar həqiqi və adekvat informasiyanın olmamasına adət ediblər. Əksəriyyətin bizim elitanın aydın olmayan nitqləri üzərində baş sındırmağa vaxtı yoxdur. Ona görə də öz instikti ilə havanı iyləyərək, nə qədər pis olduğunu və sabah nə olacağını güman edərək, yön müəyyənləşdirmək məcburiyyətində qalırsan.

- Ölkənizdə hazırda siyasi qüvvələr arasında çox ciddi rəqabət gedir. Az qala hər kəs bir-birini xəyanətdə ittiham edir. Sizcə, mövcud situasiya kimə sərf edir?

- Əgər müharibə olmasaydı, ölümlər, yaralılar, qaçqınlar olmasaydı, insanlar uşaq bağçasındakı "kim daha çox təhqiramiz söz bilir" deyə yarışan siyasi xadimlərlə heç olmasa məzələnə bilərdirlər. Siz çox düzgün müəyyənləşdirmisiniz ki, fərqli şəxsiyyətlər və onların qruplaşmaları arasında məhz rəqabət gedir: mübarizə yox, gözəllik yarışında olduğu kimi, rəqabət! Kobud şəkildə desəm, lazım olanda diqqət cəlb etmək üçün özlərini göstərirlər. Populizmin çiçəklənməsi bütün dünya ölkələrini bürüyüb. Lakin axı Ermənistan düşmən ətrafı ilə qarşıdurmada olan, dövlətçiliyin erməni məsələsinə qarışdığı ölkə hesab edilir. Bizdə bütün ideologiyalar əslində qərbyönlü və ya rusiyayönlü əyilmələrin olduğu millətçilikdir. Güman edilirdi ki, bizim erməni cəmiyyətində müharibədə məğlubiyyətdən və Kremlin konfliktdə rolunun artıq hər kəsə aydın olmasından sonra əsas ideya konsolidasiya olacaq. Axı Putin bolşeviklərin etdiyi kimi şərtlər irəli sürmür. Daha dəqiq desək, o, Ermənistanda repressiyalardan sonra tam hakimiyyəti ələ alacaq siyasi partiyalardan birinə yatırım etməyib. Hələlik "erməni Kadırov"un yaradılması planı işə salınmayıb. Bütün erməni rəhbərliyinin konsolidasiya olmaq, "hakimiyyət" və "müxalifət"in mövcudluğunu ortadan qaldırmaq şansı vardı. Axı onların hamısı özlərini millətçi, milli maraqların müdafiəçisi elan etmişdilər. Onların hakimiyyət uğrunda apardıqları mübahisələrdən əl çəkmələrinin və birlikdə sadə erməninin problemlərini həll etmələrinin əsl vaxtı idi. Bunun yerinə bizim millətçilərimiz yemək kasası uğrunda bir-biriylə dalaşırlar. Yəqin bu, mənəvi seçimin nəticəsidir.

Hələlik siyasi arenada əvvəlki kimi qətllərdə və korrupsiyada şübhəli bilinənlər və onları cavab verməyə çağırmaq üçün resurslara sahib olmayan ləkəsiz reputasiyalı azsaylı xadimlər fəaliyyət göstərir. Onlar sadəcə bu mühakimə edilməmiş cinayətkarlarla razılaşmaya gedir, onlarla "seçkiqabağı mübarizə" aparır və "qoy xalq mühakimə etsin" deyirlər. Bu yazıq xalq artıq 30 ildir onları mühakimə etməyə cəhd edir və bu heç cürə alınmır.

- Buna əsaslansaq, o zaman Paşinyanın yenidən hakimiyyəti əlində saxlaya biləcəyini deyə bilərikmi?

- Serj Sərkisyanın gedişindən sonra o, əldə etdiyi hakimiyyətin bu hissəsini saxlaya və ya bəlkə də sabiqlərə daha bir güzəşt edə bilər. Paşinyan Ermənistan vətəndaşlarının qələbə simvoludur. O, seçki təşkil etdi, səsləri saydı və uzun illər ərzində ilk dəfə seçici səslərinin doğru sayıldığına şübhə etmədilər. Paşinyanın reytinqi bunun üzərində qalır. Lakin o özü bilərəkdən və ya şəxsi seçimi olmadan öz reytinqini həm müharibədə, həm də ondan sonra azaltdı. O öz seçicisini informasiya terroru ilə təkbaşına qoydu, o özü vətəndaşları "biz qalib gəlirik" və "biz qalib gələcəyik" şüarları ilə terrora məruz qoydu. O öz şəxsi ambisiyaları və maraqlarını vətənpərvərliklə gizlədənlərdən birinə çevrildi. Seçicilər Paşinyana ikinci şans vermək üçün onu bağışlamalı olacaqlar. Mənim müşahidələrimə görə, mütləq əksəriyyət bu cür qəfil növbədənkənar seçki istəmirdi. İnsanların problemləri, hüznü var, onlar özlərini təhlükəsizlikdə hiss etmir, hökumət isə istefaya gedir ki, hər kəsi boğaza yığan tamaşa başlatsın. O, seçkiyə getmək qərarı ilə öz reytinqini endirib məsuliyyəti xalqın üzərinə atmaq istəyir. Əgər əvvəl seçicilər istənilən müxalifətə səs verirdilərsə, indi istənilən hakimiyyətə səs verəcəklər ki, müxalifətdən imtina etsinlər.

- Sizcə, Köçəryan qalib gələ və Ermənistanda nəsə dəyişə bilər?

- Köçəryanın qələbəsini təsəvvür etmək çox çətindir. Mən emosional səviyyədə hətta onun qələbəsini təsəvvür belə etmək istəmirəm. Hazırda ən böyük problem Kremldən suverenliyə gələn təhdiddir. Kreml təəssürat yaradır ki, guya Köçəryan onun namizədidir və bəlkə də elədir, bunu bilmirəm. Kreml ermənilərə qarşı etnos kimi köhnə və primitiv silahı - türklərlə düşmənçiliyi istifadə edir. Əgər biz - XXI əsrdə yaşayan ermənilər dəvəquşunun əfsanəvi mövqeyində qalmağa davam edərək, xilas olmaq üçün hərəkət etməsək, o zaman bizimlə nə olacağını gözləməli olacağıq. Digər suveren ölkələr bizə nə edəcəklər? Həbs düşərgəsində yaşamağa izn verəcəklər. Bütün hər şeyə rəğmən onlar bizə başqa variant təklif edə bilməzlər.

- Kremlin təhdid olmasından bəhs etdiniz. Bəllidir ki, Rusiya Ermənistanda həddən artıq böyük təsirə malikdir. Lakin həm də görürük ki, son proseslərdə Rusiya heç bir tərəfi açıq dəstəkləmir. Bu neytrallıq nə ilə əlaqədardır?

- Rusiya Ermənistanda olan hər şeyi maksimum şəkildə sıxıb. Ermənistan istifadə olunan resurs kimi artıq özlüyündə o qədər də vacib deyil, ona görə də hazırkı mərhələdə kimin hakimiyyətdə olacağı o qədər də önəm daşımır. Erməni oliqarxik hakimiyyətinin maraqlarına heç cür toxunmayan daxili siyasi qeyri-stabillik, nominal siyasi böhranlar və hətta inqilablar Rusiya çəkməsinin Ermənistanda əlavə xərc olmadan və hətta Rusiyanın bizim xəttimizdə çalışan korrupsioner məmurlarına gəlir gətirəcək şəkildə saxlanması üçün ideal variantdır. Rusiyanın strategiyası yoxdur, onun sadəcə vaxtaşırı çəkdiyi rıçaqları var.

- Amma ermənilər də Rusiyanı təhlükəsizliklərinə zəmanətçi sayır. Müharibədən sonra bu baxışlarda nəsə dəyişibmi?

- Belə bir lətifə var:

- Sənin adın nədir?

- Ablert.

- Bəlkə Albert?