Dünyanın daha bir bahalı maşını onlar üçün hazırlandı


Dünya 31 May 2021 19:54:00 140 0

Dünyanın daha bir bahalı maşını onlar üçün hazırlandı

Dünyaca məşhur avtomobil istehsalçısı "Rolls-Royce"un təqdim etdiyi "Boat Tail" modeli özəl olaraq müğənni Beyonse və repçi əri Cey Z üçün hazırlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük sözügedən maşını sifariş vermək üçün 20 milyon funt sterlinq (təxminən 50 milyon manat) xərcləyib.

Beyonse və Cey avtomobilin 9 yaşlı qızları Blue Ivy-nin istəyinə uyğun olaraq mavi rəngdə hazırlanmasını istəyiblər. 

Qeyd edək ki, sahibi üçün xüsusi hazırlanmış maşın qiyməti ilə 2019-cu ildə 11,5 milyon sterlinqə satılan "La Voiture Noir" modelini geridə qoyub.