Zəngilanda DSXnin yeni hərbi hissəsi açıldı


Digərləri 29 May 2021 11:18:00 172 0

Zəngilanda DSXnin yeni hərbi hissəsi açıldı

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə Son.az-a DSX-dən məlumat verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik etmişdir.

Azər­baycan tarixinin ən böyük sərkərdəsi olan Azərbaycan Res­publika­sının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi iradəsi, cəsarəti, müdrik siyasəti və dövlətçilik ba­ca­rığı, böyük Vətən sevgisi, xalqımızın bir yumruq kimi onun ətra­fında birləş­məsi sayəsində düşmən üzərində Tarixi Zəfərin əldə olunması vurğulan­mış, Ali Baş Komandanın öz şəxsi nümunəsi ilə hərbiçi­lərimizi qəhrəmanlıq və rəşadət dastanı yazmağa ruhlandırması bildiril­mişdir.

Vətən müharibəsi zamanı Ali Baş Komandan tərəfindən Dövlət Sər­həd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısının uğurla icra olunduğu, döyüş əməliyyatlarının gedişində Azərbaycan sərhədçilərinin igidlik və qəhrəmanlıq nümunələri göstərmələri, hazırkı təd­birin baş tutduğu ərazilərdə düşmənə sarsıdıcı zərbələr endirmələri, yüz­lərlə canlı qüvvəsini məhv etmələri, çox­saylı silah-sursatını qənimət kimi götürmələri qeyd olunmuşdur.

Aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissəsinin açılışı zamanı şəxsi heyət qarşısında çıxışında Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin iştirakına yüksək qiymət verməsinin Azərbaycan sərhədçilərini daha da ruhlandırması xüsusi vurğulanmışdır.

Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kom­pleks tədbirlərin sürətlə davam etdirildiyi, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd müha­fi­zə­sinə ali dövləti diqqətin növbəti təzahürü olması bildirilmişdir.