Polkovnikin şəhadət yaşı


Digərləri 28 May 2021 16:08:00 158 0

Polkovnikin şəhadət yaşı

Şəhid Mehman Qəmbərovun 40 yaşı tamam olur

Son.az Real TV-ə istinadən bildirir ki, bu gün Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qəmbərovun doğum günüdür.

Şəhidin doğum gününü məzarı üstündə yaxınları, ictimaiyyət nümayəndələri və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Mehman Qəmbərov yaşasaydı bu gün qələbə sevinci ilə 40 yaşını qeyd edəcəkdi.

Şəhid polkovnikin doğum gününə Bərdə ilə yanaşı digər rayonlardan olan şəhid ailələridə qatılıb.