Yaşlı oliqarxların ehtiraslı GÖZƏLÇƏLƏRİ:


Digərləri 28 May 2021 00:10:00 184 0

Yaşlı oliqarxların ehtiraslı GÖZƏLÇƏLƏRİ:

Bu müasir "zoluşka"ların həyat tərzi çox adamda paxıllıq yaradır: "O, milyarderin sevdiyi xanımdır" deyəndə gözlərin qarşısına brilliantlar, yaxtalar, səyahətlər və s. gəlir.

Son.az iyunda 39 yaşının tamam olmasını nəzərə alaraq Darya Jukovanın timsalında milyarderlərin sevdiyi qadınları haqda qeydlərimizi paylaşırıq. Darya Jukova məşhur oliqarx Roman Abramoviçin həyat yoldaşıdır.

Polina Deripaska, 40 yaş

Həyat yoldaşı - Oleq Deripaska, 52 yaş, "Bazovıy element" kompaniyasının sahibi, varidatı 5,1 milyard dollar.

Boris Yeltsinin keçmiş məsləhətçisinin qızı, spletnik.ru saytının təsisçısı, 2 uşaq anası Polina zəngin əyləncələri çox da sevmir. Bəzən dostları Roman Abramoviç və Darya Jukova ilə müəyyən sərgilərə qatılır və "Qoqol-mərkəz" teatrına Boqomolovun tamaşalarına gedir. Çox zaman ciddi geyim tərcih edir və nəzərə çarpmamağa çalışır. Polina sosial şəbəkələrin də aktiv istifadəçisi deyil, hətta heç bir jurnala müsahibə vermir. İstisna hal kimi 2013-cü ildə SNC kanalına danışmasını qeyd etmək olar. Həmin müsahibədə Polina bildirmişdir ki, həyat yoldaşına ilk baxışdan aşiq olub. 18 il əvvəl toyları olan cütlük başqa şərh verməkdən boyun qaçınır: "Bizim münasibətlərimiz haqda publikaya danışmaq istəmirəm".

Darya Jukova, 39 yaş

Həyat yoldaşı - Roman Abramoviç, 53 yaş, "Çelsi"nin sahibi, "Sibneftin" eks-sahibi, varidatı 8,7 milyard dollar.

"Qaraj" Müasir İncəsənət Muzeyinin rəhbəri Darya həyat yoldaşı Abramoviç ilə 2005-ci ildə Barselonada tanış olub. Jukova imkanlı ailədə doğulub, Londonda yaşayıb, bəzi şayiələrə görə tennisist Marat Safin ilə sevgili olub, lakin Abramoviçlə münasibətlər ona daha çox populyarlıq gətirir. Cütlük 2 övlad böyüdür, tez-tez zəngin məclislərdə görünür və paparatsinin obyektivlərinə tuş gəlirlər. Müsahibələrdən birində Darya qeyd etmişdi ki, Abramoviçlə çoxdan rəsmi nikahdadırlar, lakin sonradan bu məlumatı təsdiqləmədi.

Liza Adamenko, 21 yaş

Həyat yoldaşı - Valentin İvanov, 58 yaş, "Lukoyl" şirkətinin eks-top meneceri.

Gənc model və sahibkarın toyu 2016-cı ildə baş tutdu və hay-küysüz ötüşmədi.

KİV-də yazılırdı ki, İvanov neçə il yetkinlik yaşına çatmamış Liza ilə roman yaşayıb. Toydan sonra birlikdəlikləri uzun sürmür və 2017-ci ilin martında Liza həyat yoldaşını zorakılıqda ittiham edir. Yerli tabloidlərin yazdığına görə, o, artıq ərini tərk etmiş və model həyatı ilə məşğul olur.