Qazaxıstanda koronavirusa yoluxanların sayı 378 mini ötüb


Dünya 26 May 2021 09:20:00 170 0

Qazaxıstanda koronavirusa yoluxanların sayı 378 mini ötüb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 739 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 378 311 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 810 nəfər, hazırkı dövrədək isə 343 788 nəfər sağalıb.