“O səs”də Hadisənin yerinə onu gətirirlər


Şou-biznes 25 May 2021 10:24:00 114 0

“O səs”də Hadisənin yerinə onu gətirirlər

Gələn il "O səs Türkiyə" beynəlxalq layihənin münsif kürsüsündə müğənni Hadisə olmayacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb digər jüri Ebru Gündeşlə aralarında yaranan gərginlik olub.

Müsabiqənin rəhbəri Acun Ilıcalı gənc pop ulduzun yerinə gətiriləcək məşhuru müəyyənləşdirib. Sözügedən xanım sənətçi Gülşəndir. Ilıcalı artıq pop ulduzla görüşərək razılıq əldə edib.

Qeyd edək ki, münsif kürsüsündə Ebru Gündeş, Murad Boz və Bəyazit Öztürk (Bəyaz) əyləşir. Hadisə adının E. Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla hallanmasından sonra həmkarından inciyib. Belə ki, Gündeş KİV-in böhtan xarakterli yazılarından sonra Hadisəni müdafiə məqsədilə açıqlama verməyib.