Bir ayağı 45 kilo olan model:


Şou-biznes 25 May 2021 10:54:00 136 0

Bir ayağı 45 kilo olan model:

Bir ayağı 45 kiloqram olan qadın qeyri-adi görünüşünə görə vəhşicəsinə tənqid olunduğuna baxmayaraq, özü ilə qürur duyur. 

Son.az xəbər verir ki, lent.az fil xəstəliyi olan amerikalı modelin həyatı ilə bağlı məlumat verib.

Amerikalı Maun Geter limfoztaz (fil xəstəliyi) ilə dünyaya gəlib. Geter böyüdükcə ayağı da böyüyüb və təkcə bir ayağının çəkisi 45 kiloqram olub. Görünüşünə görə gənc qadını tənqid edənlər, ayağını kəsib daha yaxşı görünəcəyini söyləyərək onu ələ salanlar da çox olub. Amma o, "The Sun" qəzetinə müsahibəsində bildirib ki, bütün deyilənləri eşitməməyi və ona qarşı olan davranışların öhdəsindən gəlməyi bacarıb.

"Mənə cahil şərhlər  yazılırdı. Bir nəfər ayağımın donuz ayağı kimi göründüyünü söyləmişdi. Məktəbdəki bir qız isə mənə deformasiya olunmuş bir fahişə demişdi. Bu amansız insanlarla mübarizə aparmaq çox çətin idi, amma başqa seçimim yox idi. Onlarla bacarmalı idim".

Özünə qarşı alçaldılmanın uşaqlıqdan başladığını danışan gənc qadın bunun özünəinamına xələl gətirdiyini, ancaq zaman keçdikcə içindəki və xaricindəki gözəlliyinin fərqinə vardığını bildirib. İndi model olan Geter ayağını İnstagram, YouTube və TikTok platformalarında nümayiş etdirməkdən çəkinmir. Gənc qadın deyir ki, onun izləyiciləri çox dəstək olurlar.

42 yaşlı model deyir ki, ayağındakı bu fərqliliyi hələ körpə olarkən anası görüb. Ayağının müalicəsi olmadığını söyləyən Geter, yalnız fizioterapiya və lenfatik drenaj masajının ayağındakı şişkinliyi azalda biləcəyini deyir.