Türkiyədə məcburi eniş edən helikopterimiz barədə


Digərləri 25 May 2021 10:29:00 129 0

Türkiyədə məcburi eniş edən helikopterimiz barədə

Türkiyənin Giresun şəhərində məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterində yaranmış problem aradan qaldırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildirilib ki, hərbi helikopterdə baş verən nasazlıq aradan qaldırılıb və Azərbaycan hərbçiləri helikopterin eniş etdiyi bölgəni tərk ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 20-də Türkiyə ərazisində keçiriləcək "Anatolian Phoenix-2021" beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib. Helikopterin ekipajı arasında xəsarət alan olmayıb.