Çin qırmızı planeti araşdırır


Dünya 23 May 2021 10:01:00 161 0

Çin qırmızı planeti araşdırır

Çinin "Zhuzhong" roveri eniş platformasından çıxaraq Mars planetinin tədqiqinə başlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Sinhua" xəbər agentliyi bu barədə Çinin Milli Kosmik Administrasiyasına istinadən məlumat yayır.

Cihaz planetin səthinin maddi tərkibi haqqında məlumatı, onun yeraltı strukturu və maqnit sahəsini müəyyənləşdirəcək, həmçinin ətraf meteoroloji vəziyyəti müşahidə edəcək.

Qeyd edək ki, mayın 15-də Marsın araşdırılması üçün Çinin "Tianwen-1" zondu planetin səthinə uğurlu eniş edib.