Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Digərləri 22 May 2021 16:38:00 186 0

Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36758 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1961563, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 115044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846519 təşkil edir.