Kanada hara, Qarabağı Rusiya ilə müzakirə hara...


Dünya 22 May 2021 16:22:00 132 0

Kanada hara, Qarabağı Rusiya ilə müzakirə hara...

Rusiya xarici işlər naziri Sergey Lavrovun kanadalı həmkarı Marko Qarno ilə Qarabağı müzakirə etməsi özlüyündə təəccüblü haldır. Çünki Kanada Rusiya ilə Qarabağı müzakirə edəcək dövlət deyil.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya xarici işlər naziri Sergey Lavrovun kanadalı həmkarı Marko Qarno ilə Qarabağı müzakirə etməsini şərh edərkən deyib.

O bildirib ki, Qarabağ münaqişəsi artıq bitib:

"Doğrudur, bəzi nüanslar var ki, hazırda bu istiqamətdə işlər görülür. Lakin bu, yenə də Kanada kimi Qarabağ münaqişəsinə yaxından-uzaqdan əlaqəsi olmayan bir ölkəyə prosesdə birbaşa iştirak edən Rusiya ilə görüşüb müzakirə etmə haqqını tanımır.

Görünür, Kanada özünü dünyanın aparıcı ölkələrindən hesab edir. Realda isə Kanada Konstitusiyasında da deyildiyi kimi, Kanada Britaniya kraliçasının ölkə əhalisinə verdiyi hədiyyədir.