Şəhid olsam Mübariz İbrahimovla eyni cərgədə dəfn edərsiniz dedi,


Digərləri 22 May 2021 11:06:00 135 0

Şəhid olsam Mübariz İbrahimovla eyni cərgədə dəfn edərsiniz dedi,

Gəlib ad günümə mütləq çatacam, günümü mütləq fərqli  qeyd edəcəm deyən Eminin bu gün 20 yaşı tamam olur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Əslən Cəbrayıllı olan Emin anasına yurd yuvamızı azad edib, geri qayıdacam deyərək yola çıxıb. Elə o yol uğrunda da canından keçib. 

Şəhid olsam Mübariz İbrahimovla eyni cərgədə dəfn edərsiniz dedi, arzusuna da çatdı.

Yaşasaydı bu gün 20-ci yaş gününü qeyd edəcəkdi, şəhid Emin İsmayılov. "Başını həmişə dik tut sən mənim anamsan" deyərək anasının tək dayağı oldu. Həm orta məktəbi 9-cu sinifə qədər oxudu, həm də işlədi. Hərbi xidmətə yollandığı günə qədər evin bütün yükünü öz üzərinə götürdü. 2019-cu ilin iyun ayında, Goranboy rayonuna hərbi xidmətə yola düşən Eminin  əsgərliyinin qurtarmasına 2 ay qalmış Vətən müharibəsi başladı. Tək nigarançılığı anası olsa da heç vaxt Vətənin bir ovuc torpağının işğalını belə həzm edə bilmədi. Anasına deyib ki avtoyumada işləyərkən geyindiyim paltarlarımı heç vaxt atma.  Bir işə yiyələndikdən sonra onları geyinib çöldə gəzəcəm ki hər şeyi zəhmətimlə qazanmışam.

İdman müəlliminin ona həmişə balaca daşdan da nəsə düzəltmək olar deməsi onu idmana daha da həvəsləndirib. Dostları ilə görüşəndə deyib ki, qollarımın gücüylə torpaqları azad edəcəm.  

Komandiri ilə çiyin-çiyinə döyüşən kiçik çavuş Emin İsmayılov Suqovuşan, Kəlbəcər isitiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edib. Müharibə vaxtı çoxlu sayda yaralı və şəhidlərimizi döyüş meydanından xilas edib. Yaxınlarının dediyinə görə, oktyabrın 1-də döyüş vaxtı ayağından güllə yarası alıb. Yaralı olmasına baxmayaraq 9 yaralı əsgəri döyüş bölgəsindən çıxara bilib. Komandirin qardaşı danışır ki, komandiri onun ayağından yaralandığını, həm də evin tək oğlu olduğunu nəzərə alaraq, tabor mühasirəyə alınanda əmr edib ki, ərazini tərk etsin. O isə bir addım geri çəkilməyib. Elə komandiri ilə birlikdə də şəhid olub.