Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fond yaradılacaq


Digərləri 21 May 2021 18:42:00 149 0

Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fond yaradılacaq

Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fond yaradılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunun layihəsində əksini tapıb.

Şuşa şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Şuşa şəhəri Dövlət Qoruğunun qorunması, bərpası və yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi fond yaradılacaq.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları, ianələri, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.