Məşhur türk müğənnisi "Samirənin performansını çox bəyənirik”


Digərləri 21 May 2021 18:04:00 150 0

Məşhur türk müğənnisi  "Samirənin performansını çox bəyənirik”

Türkiyəli müğənni Demet Akalın Azərbaycanın bu ilki "Avroviziya" mahnısına münasibət bildirib.

Milli. Az yenisabah.az-a istinadən xəbər verir ki, o, maraqlı açıqlaması ilə gündəmə gəlib. Sənətçi aparıcısı olduğu "Demet ve Alişan ile Sabah Sabah" proqramda "Avroviziya" təmsilçimiz Samirə Əfəndini dəstəklədiyini bildirib:

"Türkiyə Avroviziyada iştirak edə bilmir. Amma ürəyimiz Azərbaycanladır. Hazırda ilk sıralardadılar, yüksəlirlər. Samirə Əfəndinin performansını çox bəyənirik".

Qeyd edək ki, ölkəmizi "Avroviziya -2021" mahnı müsabiqəsinin finalında "Mata Hari" mahnısı ilə Samirə Əfəndi təmsil edəcək. Mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Birinci yarımfinal mayın 18-də təşkil olunub və Samira Əfəndinin ifası finala vəsiqə qazanıb.