Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir


Digərləri 21 May 2021 16:12:00 152 0

Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, qanuna təklif edilən dəyişikliklər barədə məlumatı deputat Arzu Nağıyev təqdim edib.

A.Nağıyev bildirib ki, qanun layihəsi balıqçalırın rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulan bir məsələdir. O qeyd edib ki, dəyişikliyə əsasən, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçikhəcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək: "Əvvəllər qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.