Hind ştammı ilə bağlı QORXULU PROQNOZ


Dünya 20 May 2021 16:22:00 136 0

Hind ştammı ilə bağlı QORXULU PROQNOZ

Fransa COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimindən çıxmağa hazırlaşdığı vaxtda mütəxəssislər ölkədə koronavirusun Hindistan ştammının yayılması ilə bağlı narahatlıqlarını bildirirlər.

Hindistan ştammının bir neçə variantı olduğu bildirilib. Fransada hind ştammının ən təhlükəli variantı - B.1.617.2 üzrə artıq 30 yoluxma faktı qeydə alınıb.

Son.az sportinfo.az-a istinadən xəbər verir ki, bu haqda Regional Səhiyyə Ajansının məlumatında xəbər verilib.

"Imperial College de Londres" və Lill Universitetinin professoru, genetika üzrə mütəxəssis Filip Forgel yerli mətbuata müsahibəsində hökuməti fəaliyyətsizlikdə qınayıb.

Hind ştammının aşkarlanması üçün Fransada xüsusi testlərin olmadığını diqqətə çatdıran alim bu ştammın sürətlə yayıldığını vurğulayıb. Bildirib ki, Fransada səlahiyyətli şəxslər vəziyyəti yaxından və diqqətlə izləməlidirlər.