Azərbaycanda hər kəs bu müəllimdən danışır


Digərləri 20 May 2021 13:59:00 175 0

Azərbaycanda hər kəs bu müəllimdən danışır

Bir riyaziyyat müəllimi çətin məsələ və misalların həlli üçün daha qısa yollar tapıb. Bu üsullarla həlli bir neçə dəqiqə vaxt alan misalları 15-20 saniyəyə hesablamaq olur. Malik Məmmədov trioqonomteriyanın həlli üçün kəşf etdiyi yeni üsulun təsdiqi üçün Təhsil Nazirliyinə müraciət edəcəyini deyir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ən çətin riyazi hesablamalar üçün sadə üsullar tapıb...

Paytaxtda yaşayan riyaziyyat müəllimi Malik Məmmədov şagirdlərin yükünü azaltmaq üçün maraqlı üsula əl atıb. O, çətin məsələ və misalların həlli üçün daha qısa yollar tapıb.

11 ildir ki, riyaziyyat müəllimi işləyən Malik Məmmədov deyir ki, bir üsülun tapılmasına günlərlə, bəzən isə həftələrlə vaxt sərf edib. O, trioqonomteriyanın həlli üçün də yeni üsul kəşf edib. 1 həftəyə tapdığı bu üsulun təsdiqi üçün Təhsil Nazirliyinə müraciət edəcəyini deyir.

Sosial şəbəkələrdəki paylaşımları vasitəsilə Malik müəllimi tapan şagird və valideynlər də bu cür üsullarla ilk dəfə qarşılaşdıqlarını, digər müəllimlərin də qaydaları ilk dəfə gördüklərini deyirlər.

Malik Məmmədov yeni həll yollarının axtarışlarını davam etdirir.