Açıq havada maskadan istifadə ləğv olunur TƏBİB rəsmisi


Digərləri 20 May 2021 10:45:00 138 0

Açıq havada maskadan istifadə ləğv olunur  TƏBİB rəsmisi

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır:

"Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm".